Əliyevin komandası liderliyini qorudu - Vacib qələbə

8 Mart 2025 03:10 Bizimkilər 619
Əliyevin komandası liderliyini qorudu - Vacib qələbə

Albaniyada çempionatında 28-ci turun görüşləri baş tutub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" vacib qələbə qazanıb.

Onun komandası turnir cədvəlində ən yaxın izləyicisi "Dinamo"nu (Tirana) məğlub edib.

Qarşılaşma "Eqnatiya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydana start heyətində çıxan Əliyev matça əlavə olunmuş dəqiqələrdə əvəzlənib.

"Eqnatiya" 52 xalla liderdi, "Dinamo" ondan liderliyini davam etdirir. Bu turda qalib gələn "Vlajniya" 49 xalla 2-ci, "Dinamo" isə 47 xalla 3-cü pillədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti