Mahir iki həftədən sonra geri döndü, sevinə bilmədi - VİDEO

3 Mart 2025 02:50 Bizimkilər 1 084
Mahir iki həftədən sonra geri döndü, sevinə bilmədi - VİDEO

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın “Nürnberq” komandası ikinci Bundesliqada növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Miroslav Klozenin baş məşqçisi olduğu kollektiv 24-cü turda “Hannover”i qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə bitib.

Emreli görüşün 77-ci dəqiqəsində Robin Noçun əvəzinə meydana çıxıb.

Azərbaycanlı forvard bundan əvvəlki iki görüşün iştirak ərizəsində yer almamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM