Azərbaycanlı oyunçu Avropa ölkəsinin üçüncü liqa klubunda

3 Mart 2025 02:10 Bizimkilər 872
Azərbaycanlı oyunçu Avropa ölkəsinin üçüncü liqa klubunda

Daha bir azərbaycanlı futbolçu Polşada çıxış edəcək.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, son olaraq Latviyada “Qrobinya”da oynamış Nazim Məmmədzadə Polşa 3-cü liqasında çıxış edən “Flota” ilə anlaşıb.

Artıq Məmmədzadə bu klubla mövsümün sonuna qədər müqavilə imzalayıb.

Həmyerlimiz artıq Polşaya yollanıb və rəsmi müqavilə imzalayıb, sənədləri də federasiyaya göndərilib və qarşıdakı matçlarda meydana çıxa biləcək.

Müdafiəçi və yarımmüdafiəçi kimi oynaya bilən 24 yaşlı futbolçu “Renova”(Ş.Makedoniya), “Moralo”, “Marino Luanko”(hər ikisi İspaniya), “Qrobinya”da oynayıb.

Rahil Məmmədov və Renat Dadaşov "Radomyak"da, Ricat Qarayev isə "Czarni Polaniec"də oynayır.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM