Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" Türkiyə 1-ci Liqasında 27-ci turun matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin komandası doğma meydanda "Erzurumspor"u qəbul edib.
Görüş qolsuz bərabərliklə başa çatıb.
Vüsal həmin oyuna 90-cı dəqiqədə meydana daxil olub.
"Boluspor" turnir cədvəlində 38 xalla 10-cu yerdədir. "Erzurumspor" isə 45 xalla 4-cü yerdədir.

