AFFA-nın təhlükəsizliyə baxan əməkdaşı 2 gün İsveçrədə

15 Yanvar 02:50 Bizimkilər 365
AFFA-nın təhlükəsizliyə baxan əməkdaşı 2 gün İsveçrədə

İsveçrənin Nyon və Cenevrə şəhərlərində UEFA-ya üzv ölkələrin təhlükəsizlik xidmətinin əməkdaşları üçün seminar keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə AFFA-nın əməkdaşı – Beynəlxalq oyunlarda təhlükəsizlik üzrə baş mütəxəssis Elnur İbişov da iştirak edib.

İki gün davam edən seminarda Avropa çempionatı, eləcə də, avrokubok oyunlarında təhlükəsizlik əməkdaşlarının işlərində nöqsanlar müzakirə olunub.

Həmçinin matçlar zamanı zonalara bölünmə, biletlərin yoxlanış qaydaları və tamaşaçıların stadiona maneəsiz giriş-çıxışlarına nəzarətlə bağlı söhbətlər aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Fevral 01:10 Azərbaycanın QAZANCI