"Trabzonspor"un oyununa təyinat alan Cəfərov kimdir?

8 Dekabr 2024 03:50 Bizimkilər 588
"Trabzonspor"un oyununa təyinat alan Cəfərov kimdir?

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun III mərhələsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Sarayevo” (Bosniya və Herseqovina) oyununun UEFA nümayəndəsi olacaq.

Trabzon şəhərində yerləşən Şenol Güneş İdman Kompleksi stadionunda təşkil olunacaq cavab görüşü dekabrın 11-də baş tutacaq.

“Trabzonspor” – “Sarayevo” matçını belaruslu baş hakim Amine Kourgheli idarə edəcək. Bosniya və Herseqovinada keçirilən ilk oyun 2:2 hesabı ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM