COP29

“Bəxt bizim tərəfimizdə deyildi, qol vura bilmirik”

21 May 17:20 Bizimkilər 359
“Bəxt bizim tərəfimizdə deyildi, qol vura bilmirik”

"Qalib gəlməli idik, amma bəxt bizim tərəfimizdə deyildi".

Sportinfo.az 56"Report" "Football.ua" nəşrinə istinadən xəbər verir ki, bunu “Polesya”da çıxış edən Azərbaycan millisinin futbolçusu Emil Mustafayev Ukrayna Premyer Liqasının XXIX turunda səfərdə "Metalist 1925" ilə heç-heçə etdikləri (3:3) matç barədə danışarkən deyib.

Yarımmüdafiəçi qarşılaşma ərzində rəqibdən üstün olduqlarını bildirib:

"Çoxlu şansları reallaşdıra bilmədik. Təəssüf ki, bərabərlik oldu.

Qol epizodlarından yararlanmamağımızın səbəbini bilmirəm. Məşq zamanı hər şey qaydasında olur.

Matça gəlincə, qol vura bilmirik. Bu görüşdə üç qol bizə kifayət etmədi".

Emil Mustafayev həmin oyunun 10-cu dəqiqəsində komandasının ilk qolunu vurub. Qonaqlar 90 və 90+2-ci dəqiqədə buraxdığı qollarla qalibiyyəti əldən veriblər.

“Polesya” hazırda 47 xalla çempionatda 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti