”Musa oynamır, məyusdur, amma ayrılmaq istədiyini bizə deməyib” - İdman direktoru

22 Aprel 12:40 Bizimkilər 295
”Musa oynamır, məyusdur, amma ayrılmaq istədiyini bizə deməyib” - İdman direktoru

"Yurqorden”in idman direktoru Bosse Andersson komandanın azərbaycanlı hücumçusu Musa Qurbanlı haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi "Sportbladet"ə açıqlamasında Musanın az oynamasına görə komandadan ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, 22 yaşlı futbolçunun kluba belə bir fikirdə olduğunu demədiyini qeyd edib:

"İndi transfer pəncərəsi bağlıdır. Biz heç bir müzakirə aparmırıq.

Bəli, Azərbaycanda media onu çox izləyir. Amma Musa ayrılmaq istədiyini bizə deməyib.

Onunla yaxşı dialoqumuz var. Təbii ki, bir futbolçu kimi oynamasan, məyus olursan. Musada da durum belədir".

Musa Qurbanlı İsveç çempionatının son iki turunda "Yurqorden"in iştirak ərizəsində yer almayıb.

“Yurqorden”ə ötən ilin yayında “Qarabağ”dan keçən Musa Qurbanlının klubu ilə 2026-cı ilin iyununa qədər müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti