COP29

Şeydayev “Ümraniyespor”la matçda sarı vərəqə ilə cəzalansa...

18 Aprel 00:40 Bizimkilər 668
Şeydayev “Ümraniyespor”la matçda sarı vərəqə ilə cəzalansa...

"Kocaelispor"un azərbaycanlı hücumçusu Ramil Şeydayev Türkiyə I Liqasının 31-ci turunun "Ümraniyespor"la qarşıdakı oyununda daha diqqətli olmalıdır.

Sportinfo.az xəbər verir ki, millimizin forvardının "Giresunspor"la (2:0) görüşdə yeni komandasında aldığı üçüncü sarı vərəqə olub.

Bu barədə “Kocaeli Koz” portalı məlumat yayıb. Şeydayev “Ümraniyespor”la matçda sarı vərəqə ilə cəzalansa, aprelin 28-də İzmitdə “Bandırmaspor”a qarşı keçiriləcək matçda meydana çıxmayacaq.

“Ümraniyespor" - "Kocaelispor" matçı aprelin 22-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti