Millimizin müdafiəçisinin Cənubi Koreyada son oyunundan VİDEO

10 Aprel 2024 11:20 Bizimkilər 755
Millimizin müdafiəçisinin Cənubi Koreyada son oyunundan VİDEO

Cənubi Koreya çempionatında 6-cı turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tejon Xana Sitizen" doğma meydanda "Pohanq Stilers"i qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

6 turdan sonra 5 xal toplayan "Tejon Xana Sitizen" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!