Hikmət Hacıyevdən Xocalıda tapılan kütləvi məzarlıqla bağlı AÇIQLAMA

23 Fevral 2024 21:50 Bizimkilər 578
Hikmət Hacıyevdən Xocalıda tapılan kütləvi məzarlıqla bağlı AÇIQLAMA

“Xocalıda daha bir kütləvi məzarlıq aşkar edilib.

Bəlkə də bu, ilahi ədalətdir ki, 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımının növbəti ildönümündə bu adsız və günahsız mülki qurbanların qalıqları tapıldı”.

Bununla bağlı Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də paylaşım edib.

Hacıyev qeyd edib ki, onların kimliyi DNT analizi ilə müəyyən ediləcək:

“Ermənistanın hərbi təcavüzü nəticəsində dörd minə yaxın azərbaycanlı itkin düşmüş hesab olunur.

Ermənistan kütləvi şəkildə qətlə yetirilən azərbaycanlıların dəfn olunduğu belə kütləvi məzarlıqların yeri barədə məlumatı verməkdən imtina edir.

Bir dövlətin beynəlxalq hüquqa zidd olan hər bir hərəkəti beynəlxalq hüquqa uyğun olaraq həmin dövlətin beynəlxalq məsuliyyətinə əsas verir”.

Prezident köməkçisi vurğulayıb ki, Ermənistan Xocalı soyqırımına və Azərbaycana qarşı törədilmiş digər qanunsuz hərəkətlərə görə dövlət olaraq məsuliyyət daşıyır:

“Ermənistan 30 illik hərbi işğala və xüsusilə də Xocalı soyqırımına görə Azərbaycan xalqından və dövlətindən hələ də üzr istəməyib”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!