
Niderland I Divizionunda 8-ci turun görüşləri keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin vingeri Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "Dordrext"i qəbul edib.
Qarşılaşma 1:1 bərabərliklə başa çatıb.
Ozan Can Kökçü də bu oyunun iştirakçısı olub. 24 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
8 turdan sonra 11 xal toplayan "Eyndhoven" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
"Eyndhoven" - "Dordrext" - 1:1
Qollar: Krivak, 29 (0:1), Amevar, 90+4-pen. (1:1)