
“Adana təcrübəsi olan biri kimi Şahruddin oradakı şərait, gəzməli-görməli yerlər, nələrə diqqət yetirmək mövzusunda mənimlə söhbət etməyib“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Adana Demirspor“un sabiq yarımmüdafiəçisi Cavid Hüseynov deyib.
11 il öncə Türkiyədə adıçəkilən klubun formasını geyinmiş, hazırda isə İkinci Liqada “Cəbrayıl“ı çalışdıran gənc mütəxəssis Şahruddin Məhəmmədəliyevin ondan məsləhət almasına gərək olmadığını bildirib:
“Bu gün əlimizin altında olan internetin sayəsində getdiyin yer haqda lazım olan bütün məlumatları əldə etmək mümkündür.
Ona görə də bu məsələdə kiminsə məsləhətinə, təcrübəsinə ehtiyac olmadığını düşünürəm.
İnşallah, Şahruddin “Adana Demirspor”dakı inamlı çıxışı ilə hər birimizi sevindirəcək. Ona uğurlar arzulayıram“.