Görün, Şahruddin Klüyvertin gözləri önündə nələr edir! - VİDEO

19 Sentyabr 19:40 Bizimkilər 3 323
Görün, Şahruddin Klüyvertin gözləri önündə nələr edir! - VİDEO

“Qarabağ”dan Şahruddin Məhəmmədəliyevi heyətinə qatan “Adana Dəmirspor” Super Liqada növbəti qələbəsini qazanıb.

6-cı turda “Pendikspor”u qəbul edən Patrik Klüyvertin yetirmələri darmadağınla (3:0) 3 xalı aktivinə yazdıra bilib.

Millimizin qolkiperi matçı ehtiyatda keçirib.

Hələki ona 33 yaşlı Ertac Özbirin əvəzləyicisi kimi baxılır.

Amma “Şah”ın bu durumla asanlıqla barışmayacağını indidən iddia etmək olar.

Buna onun məşqlərdəki performansı əsas verir.

Belə ki, millimizin çərçivə qoruyucusu həftəiçi hazırlıqda özünü yaxşı tərəfdən göstərə bilir.

Etdiyi əla seyvlərlə bəzən hətta texniki heyəti də təəccübləndirməyi bacarır.

Bütün bunların Kluvertin gözləri önündə baş verdiyini unutmasaq, düşünmək olar ki, 29 yaşlı çərçivə qoruyucusu tezliklə ehtiyat skamiya ilə vidalaşacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anları özündə əks etdirən videoya aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu