AFFA UEFA-ya şikayət edəcək - İrəvandakı təxribatla bağlı

12 Sentyabr 2023 00:40 Bizimkilər 853
AFFA UEFA-ya şikayət edəcək - İrəvandakı təxribatla bağlı

Xəbər verdiyimiz kimi, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan - Xorvatiya matçında meydan sahibləri təxribata əl atıb.

Belə ki, matçın ilk hissəsinin sonlarına doğru meydanda dronla Qarabağdakı qondarma rejimin “bayrağı” uçurdulub.

Sportinfo.az xəbər verir ki, İrəvandakı təxribatla bağlı AFFA UEFA-ya müraciət edəcək.

Bu barədə qurumun mətbuat katibi Elnur Məmmədli bildirib:

“Ermənilər indi də AÇ-2024-ün seçmə mərhələsinin İrəvanda keçirilən Ermənistan - Xorvatiya oyununda təxribata əl atıblar.

Bu dəfə dronla qondarma rejimin "bayrağı"nı qaldırıblar. Bu qəbuledilməz hadisə ilə bağlı AFFA UEFA-ya müraciət edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti