Qarabağa qayıdış - Bu tarixədək 140 min insan Bakını tərk edəcək

11 Sentyabr 2023 20:30 Bizimkilər 908
Qarabağa qayıdış - Bu tarixədək 140 min insan Bakını tərk edəcək

“Böyük qayıdış proqramı reallaşmağa başlayıb. Artıq Şərqi Zəngəzurda ilk məskunlaşma qeydə alınıb.

Bu, ilin sonuna kimi davam edəcək. İlin sonuna kimi 2 min ailənin Qarabağ və Şərqi Zəngəzaurda məskunlaşması gözlənilir”.

Bu barədə BAKU.WS-ə açıqlamasında millət vəkili Vüqar Bayramov danışıb.

Onun sözlərinə görə, işğaldan azad edilmiş digər bölgələrimizə qayıdan şəxslər Bakıda yaşayan vətəndaşlardır:

“Bu vətəndaşların böyük bir qismi Bakı və Sumqayıtda qeydiyyatdadır. Sözsüz ki, həmin vətəndaşlarımızın ata-baba yurdlarına qayıtması, Bakı sakinlərin sayına təsir göstərəcək.

Azalmalar olacaq və 2026-cı ilədək təxminən 140 min vətəndaş öz doğma torpaqlarına qayıdacaq. Bu da Bakı sakinlərinin sayına təsir göstərəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı