"CBC Sport"un bir neçə gündür efirdə yayımlanan anonsu var - Azərbaycan-Belçika matçı ilə bağlı.
Kim baxmayıbsa, baxsın, hər cümləsinə diqqət etsin. Kimsə nəsə "tutsa", yazsın.
Orada bir incə "Elxan Məmmədov izi" hiss olunur”.
Bu qeydlər “Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.
Azərbaycan yığması sentyabrın 9-da AVRO-2024-ün seçmə mərhələsində növbəti ev matçına çıxacaq.
Komandamız həmin gün Belçikanı qonaq edəcək. “Dalğa Arena”da keçiriləcək görüş saat 17:00-da başlayacaq.
Stadiondan canlı yayım təşkil edəcək “CBC Sport”un anonsunda “12 il əvvəl güclü rəqibindən xal qoparan millimiz üçün eyni uğuru təkrarlamaq şansı” ifadəsi keçir.
Tanınmış telejurnalist “feysbuk” hesabında bildirib ki, bu sözlər təsadüfən video-çarxda yer almayıb:
“Elə bildim, Elxan Məmmədov yazıb anonsu. Çünki Estoniya ilə matçın anonsunda, məsələn, belə cümlə yox idi:
"Sonuncu dəfə 25 il əvvəl qalib gəldiyimiz Estoniya” (Fuad Musayevin dövrü olub, Elxanın yox!!! Ona sərf etmir bunu vurğulamaq.
Amma 12 il əvvəl Belçika ilə təsadüfi heç-heçə (1:1) Elxanın bsş katib olduğu dövrə düşüb. Bunu mütləq fantastik bir uğur kimi vurğulamaq lazımdır ki, Elxan maalım, necə maalım olub).
Və yaxud Portuqaliya ilə 3 il əvvəki matçda, Elxanın AFFA-da qılıncının dalı-qabağı kəsən vaxtda, anonsda "1999-da güclə məğlubiyyətdən yaxa qurtaran Portuqaliya" ifadəsini eşitmədik.
Çünki onda Elxana sərf etmirdi özündən əvvəlkilərin uğurunu vurğulamaq..Amma indi baş katib Sərxandır, onu gözdən salmaq üçün "müəllim" Parisdə qollarını çırmalayıb e!
20 ildir AFFA-dan bir kəlmə tənqid yazmayan "geydirmə", hamıdan borc pul dilənən bir-iki "sayt"ın yazdıqlarına bax, bunu aydın görəcəksən”.

