“Difai”FK-nın əməkdaşı Məryəm Məlikova Fransada "idman menecmenti" ixtisası üzrə magistr dərəcəsi alacaq.
Bu barədə Sportinfo.az-a I Liqa təmsilçisinin prezidenti Asəf Məlikov bildirib.
Onun sözlərinə görə, klub olaraq təhsilə, əməkdaşların təcrübə əldə etməsinə böyük önəm verirlər:
“2022-2023-cü illər mövsümündə klubun maliyyə və lisenziyalaşdırma departamentinin direktoru olmuş, hal-hazırda lisenziyalaşdırma üzrə menecer vəzifəsində çalışan Məhin xanım magistr təhsilini Azərbaycanda alacaq.
Beynəlxalq təcrübədən istifadə etmək, bu təcrübənin Azərbaycan üçün uyğunlaşdırılması üçün təcrübəli mütəxəssislərə ehtiyac var.
Bu, yalnız bizim deyil, bütün klublar üçün vacib amildir. Yenidən təkər ixtira etməyə ehtiyac yoxdur.
2022/2023-cü illər mövsümündə klubun mətbuat katibi olmuş Məryəm Məlikova “Difai”nin dəstəyi ilə xaricdə magistr təhsilini almaq şansı qazanıb.
O, ilk semestri Fransada, 2-ci semestri Litvada, 3-cü semestri Lüksemburqda və 4-cü semestri Portuqaliyada oxuyacaq.
Artıq tədris başlayıb. İlk getdikləri yer Fransa Futbol Federasiyası olub.
İnanırıq ki, hər iki mütəxəssis həm klubumuza, həm də Azərbaycana yenilik gətirəcək”.

