Hüseyn futbol məkanında prezidentlə görüşməyə fürsət tapdı - VİDEO

5 Sentyabr 2023 07:40 Bizimkilər 1 114
Hüseyn futbol məkanında prezidentlə görüşməyə fürsət tapdı - VİDEO

Rusiyada məşhurlaşan Hüseyn Həsənov Qırğız Respublikasının Prezidenti Sadır Japarovla görüşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə bloger instaqram hesabında yazıb.

"Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüş. Səmimi qarşıladığınız üçün təşəkkür edirəm.

Barselona Futbol Akademiyasının açılışında iştirak etdim. Üçüncü dəfədir, buradayam və hər şeyin yaxşılığa doğru dəyişməsinə təəccüblənirəm.

Prezidentlə söhbətdən sonra başa düşdüm ki, o, öz ölkəsinin əsl vətənpərvəridir" deyə, Hüseyn bildirib.

Digər Xəbərlər
Xəbər Lenti