Azərbaycanlı Hikmət Fransa – Portuqaliya matçına təyinat aldı

4 Sentyabr 2023 12:20 Bizimkilər 957
Azərbaycanlı Hikmət Fransa – Portuqaliya matçına təyinat aldı

Azərbaycanlı hakim Hikmət Qafarlı 19 yaşadək futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində keçiriləcək Fransa – Portuqaliya oyununa təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, bu gün baş tutacaq qarşılaşmanın birinci hakimi olacaq.

Qarşılaşma saat 20:00-da başlayacaq.

Hikmət Qafarlıya Mariya Mislovska (Ukrayna) və Çiara Perona (İtaliya) kömək edəcəklər. Hakim-inspektor isə italiyalı Massimo Çumbo olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!