Musa Qurbanlı 90+4 dəqiqə oynadı, "Yurqorden" qazandı

3 Sentyabr 2023 21:50 Bizimkilər 2 684
Musa Qurbanlı 90+4 dəqiqə oynadı, "Yurqorden" qazandı

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında 22-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda "İFK Norrkoepinq"in qonağı olub.

Matç "Yurqorden"in qələbəsi ilə başa çatıb - 2:0. Start heyətdə meydana çıxan Musa 90+4-cü dəqiqədə əvəzlənib.

"Yurqorden" bu nəticədən sonra 40 xalla 4-cü pillədə qərarlaşıb.

M.Qurbanlı 21-ci turda "Deqefors"a qarşı matçda dubl edib və 1 qolun ötürməsini verib.

"Yurqorden" - "İFK Norrkoepinq" - 2:0

Qollar: Numan, 63-avtoqol, Radetinak, 76

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı