Hikmət Hacıyevdən daha bir ÖNƏMLİ AÇIQLAMA

2 Sentyabr 2023 13:30 Bizimkilər 1 161
Hikmət Hacıyevdən daha bir ÖNƏMLİ AÇIQLAMA

"Bu yaxınlarda başqa bir razılaşma var idi ki, Azərbaycan tərəfinin dəvəti ilə Ağdamda görüş keçirilsin.

Bildiyiniz kimi, artıq görüşlərin keçirilməsi üçün Ağdamda müvafiq infrastruktur var.

Qarabağdakı erməni sakinlərin nümayəndələri Ağdamda görüşdən də imtina etmişdilər".

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.

Hikmət Hacıyev Laçın yolunun 24 saat ərzində açılması məsələsindən danışıb:

"Laçın yolunun 24 saat ərzində açılması məsələsinə gəldikdə, təkrar qeyd edim ki, keçən dəfə - 15 avqustda - bu yolda olarkən razılaşma əldə olunması ilə bağlı açıq şəkildə bildirdik”.

Prezidentin köməkçisinin sözlərinə görə, beynəlxalq ictimaiyyətin nümayəndələri də, Azərbaycanda akreditasiya olunmuş diplomatik korpus nümayəndələri də öz gözləri ilə bir daha görürlər ki, burada yalançı təbliğat siyasəti aparılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı