5 gündür Ağdam-Xankəndi yolunda gözləyir - Humanitar karvan

2 Sentyabr 2023 12:10 Bizimkilər 724
5 gündür Ağdam-Xankəndi yolunda gözləyir - Humanitar karvan

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 5-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.

Iiçərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir. Onlar bildirib ki, ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.

Hazırda ərzaq yükünün erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

Digər Xəbərlər
Xəbər Lenti