“Musanın əsəbiləşməsində qəribə heç nə yoxdur” - İsveç millisinin sabiq hücumçusu

1 Sentyabr 2023 12:40 Bizimkilər 5 082
“Musanın əsəbiləşməsində qəribə heç nə yoxdur” -  İsveç millisinin sabiq hücumçusu

“Musa Qurbanlı “Yurqorden”də yenə qollar vuracaq”.

Sportinfo,az xəbər verir ki, bunu İsveç millisinin sabiq futbolçusu Tobias Hisen Azərbaycan yığmasının hücumçusu Musa Qurbanlının klubu “Yurqorden”in heyətində ölkə çempionatında “Deqerfors”la görüşdə dubl etməsi ilə bağlı danışarkən deyib.

2004-2006-cı illərdə “Yurqorden”in formasını geyinmiş sabiq forvard matçda Qurbanlının penaltini qaçıraraq het-trik şansını əldən verməsinə də münasibət bildirib:

“Musa hələ mövsümün əvvəlində özünə 3-4 oyunluq vaxt vermişdi. Onun penaltini qaçırdığı üçün əsəbiləşməsində qəribə heç nə yoxdur.

Amma əsas odur ki, qol vurmağa başlayıb. Dubl etdiyi üçün penaltini qaçırmasından narahatlıq keçirəcəyini düşünmürəm”.

"Yurqorden”in 4:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada Musa Qurbanlı iki qol vurmaqla yanaşı, bir qolun da məhsuldar ötürməsini verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı