Çempionlar Liqası, Avropa və Konfrans Liqaları İTV-də

30 Avqust 2023 23:20 Bizimkilər 1 284
Çempionlar Liqası, Avropa və Konfrans Liqaları İTV-də

2023/2024 mövsümündə Çempionlar, Avropa və Konfrans Liqalarının oyunları İctimai Televiziyada yayımlanacaq.

Sportinfo.az telekanalın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Saran Media” və ölkə ərazisində turnirin əsas yayımçısı CBC Sport telekanalı ilə əldə edilən razılaşma əsasında qeyd olunan turnirlərdə yarımfinal mərhələsinə kimi paralel keçirilən görüşlər İctimai Televiziyanın canlı efirində futbol həvəskarlarına təqdim olunacaq.

Anlaşmaya əsasən hər oyun həftəsində 3 qarşılaşma İTV-də canlı yayımlanacaq.

Bu gün Çempionlar Liqasının cavab pley-off qarşılaşmaları çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka)-“Rakuv” (Polşa) oyunu saat 23:00-dan başlayaraq İctimai Televiziyanın efirində olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı