Musa İsveçdə 3 ən yaxşı hücumçudan biri seçildi

29 Avqust 2023 13:40 Bizimkilər 835
Musa İsveçdə 3 ən yaxşı hücumçudan biri seçildi

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveç çempionatında XXI turun rəmzi komandasına düşüb.

Sportinfo.az xəbər verir ki, "Deqerfors”la görüşdə 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan “Yurqorden”in üzvü ən yaxşı üç hücumçudan biri seçilib.

Onun performansı 8,7 balla qiymətləndirilib. Ən yüksək xala “Hammarbü”nün yarımmüdafiəçisi Nahir Besara (9,2) layiq görülüb.

Qurbanlı ilə yanaşı, “Yurqorden”in müdafiəçisi Markus Danielson da rəmzi “11-liy”ə salınıb.

“Yurqorden” “Deqerfors”u 4:1 hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı