Mahir Emreli az oynadı, qol vura bilmədi, ancaq... VİDEO

29 Avqust 2023 01:10 Bizimkilər 1 405
Mahir Emreli az oynadı, qol vura bilmədi, ancaq... VİDEO

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisi 6-cı turda "Riyeka"nı qəbul edib.

Görüş "Dinamo"nun qələbəsi ilə başa çatıb - 2:1.

Mahir bu görüşün iştirakçısı olub. 61-ci dəqiqədə - komandası 1:0 öndə olarkən meydana daxil olan forvard sona qədər oynayıb.

Bu qələbədən sonra "Dinamo" 7 xalla 4-cü sıradadır.

"Dinamo" (Zaqreb) - "Riyeka" - 2:1

Qollar: Bulat, 37 (1:0), Petkoviç, 84-pen. (2:0), Pasaliç, 89 (2:1)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı