Musa Qurbanlı 2 qolla İsveçdə gündəm oldu, “instaqram”da yazdı ki…

29 Avqust 2023 00:40 Bizimkilər 920
Musa Qurbanlı 2 qolla İsveçdə gündəm oldu, “instaqram”da yazdı ki…

"Yurqorden"də çıxış edən Azərbaycan millisinin forvardı Musa Qurbanlının İsveç çempionatında vurduğu ilk qollardan sonra "İnstaqram" hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, o, 21-ci turda "Deqefors"a 4:1 hesabı ilə qalib gəldikləri matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.

"İlk qolları fantastik azarkeşlərimiz qarşısında vurmaq fantastik hisslərdir. Hər kəsə əla dəstəyi üçün təşəkkür" - deyə M.Qurbanlı "İnstaqram" hesabında yazıb.

M.Qurbanlı 5 gün əvvəl İsveç kubokunun seçmə mərhələsində "Sandvikens"lə görüşdə (5:1) 1 qol vurub.

Yığmamızın 21 yaşlı hücumçusu həm də sözügedən qarşılaşmada qolla nəticələnən penaltinin səbəbkarı olub .

Digər Xəbərlər
Xəbər Lenti