“Yurqorden”in baş məşqçisi Musadan danışdı: “Olduqca yaxşı oynamağa başlayıb”

28 Avqust 2023 22:40 Bizimkilər 881
“Yurqorden”in baş məşqçisi Musadan danışdı: “Olduqca yaxşı oynamağa başlayıb”

“Yurqorden”in baş məşqçisi Tomas Laqerlöf futbolçusu Azərbaycan yığmasının hücumçusu Musa Qurbanlı haqda fikirlərini bildirib.

Sportinfo,az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında çalışdırıcı Musa və yeni müdafiəçiləri Samuel Dal barədə danışıb. O, hər iki futbolçusunun oyunundan razılığını bildirib.

“Onların qələbədə əməyi çox oldu. Musa meydanda olduqca yaxşı oynamağa başlayıb. O, öz işini görür, komandanın ritminə daxil ola bilib, futbolçu yoldaşlarını tanımağa başlayıb”.

“Yurqorden” ötən gün “Deqerfors”a 4:1 hesabı ilə qalib gəlib. Musa Qurbanlı matçda 2 qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı