"Qarabağın erməni sakinlərinin keçidi tam sərbəst şəkildə təmin olunur"

28 Avqust 2023 18:30 Bizimkilər 555
"Qarabağın erməni sakinlərinin keçidi tam sərbəst şəkildə təmin olunur"

"Azərbaycan dövləti tərəfindən konstruktiv addımlar atılır.

Son günlər ərzində sülhməramlıların müraciəti əsasında erməni sakinlərin keçidi tam sərbəst şəkildə təmin olunub".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Bakıda Belçikanın xarici işlər naziri Hadja Lahbiblə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Laçın-Xankəndi yolu ətrafında baş verən proseslər barədə həmkarına məlumat verib:

"Laçın yolundan Ermənistanın qanunsuz istifadə halları barədə məlumat verdim. Azərbaycan bunun qarşısını almaq üçün sərhəd keçid məntəqəsi qurdu. Bundan sonrakı dönəmdə bunu həzm edə bilməyən Ermənistan təxribatlara əl atıb".

Azərbaycanın XİN başçısı söyləyib ki, yolların məqsədli şəkildə bloklanması kimi addımlar qəbuledilməzdir:

"Bu, beynəlxalq normalara uyğun deyil. Laçın yolu məsələsinin siyasiləşdirilməsi doğru deyil".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı