Bəs deyirdiz, Musa Qurbanlı İsveçdə “yoxa çıxacaq”?

29 Avqust 2023 17:00 Bizimkilər 2 382
Bəs deyirdiz, Musa Qurbanlı İsveçdə “yoxa çıxacaq”?

Musa Qurbanlının “Yurqerden”də debüt matçı İsveç çempionatının 16-cı turunda “Elfsburq”a qarşı olmuşdu.

Komandasının 0:4 hesabla darmadağın olduğu görüşün 58-ci dəqiqəsində, hesab 0:3 olanda millimizin forvardı meydanda çıxmışdı.

Həmin vaxt Qurbanlının 32 dəqiqəlik çıxışına əsasən demişdim ki,

debüt matçına, biabırçı hesaba rəğmən Musa Qurbanlının meydandakı sərbəstliyi, döyüşçü ruhu, hərəkətliliyi, əsl forvard açılmaları, yoldaşları ilə komnukasiyası müsbət yöndən diqqət çəkdi.

Belə start uğurlu gələcəkdən xəbər verdiyini iddia etmək olar. Deməli, böyük ümidlə növbəti matçları gözləməyə dəyər.

(Haqqında bəhs etdiyim yazı llinkdə https://www.sportinfo.az/idman_xeberleri/bizimkiler/176185.html )

Düzdü, təxminən 1 ay əvvəl yazdıqlarım o qədər də ciddi qəbul olunmamışdı. Kütlə 20 yaşlı hücumçunu hələ onda linc etməklə məşğul idi.

Səbr…

Arxada qalan müddətdə Musa bəzi matçlarda real qol imkanların qaçırmaqla həmin şəxslərə məşğuliyyətlərində yeni imkanlar vermiş oldu. Amma bir müddətlik...

Yaxşı gələcəklə bağlı ehtimallarımızın heç bir ayı tamam olmamış istedadlı hücumçu İsveçdə adından söz etdirməyə start verib.

4 gün əvvəl kubok mübarizəsində onun komandası “Sandvikens"i darmadağın etdi – 5:1. Musa görüşdə vurduğu qolla həm də İsveç karyerasında “qol pərdəsi”ni açmış oldu. Bundan başqa həmyerlimiz komandasına bir penalti qazandırması ilə yadda qaldı.

Dünən isə Qurbanlı İsveç çempionatında öz varlığını ortaya qoya bildi. Belə ki, 21-ci tur çərçivəsində "Yurqorden" doğma meydanda "Degerfors"u qəbul edib. Meydan sahiblərinin 3:1 hesablı qələbəsinə Musa 2 qol və 1 qol ötürməsi ilə öz töhfəsin verib.

Onun hettrik etməsinə rəqib qolkiper penalti zərbəsini qaytarmaqla mane olub.

Buna üzülsək də, son iki matçdakı perfomans ilk proqnozlarda yanılmadığımızı göstərmiş oldu. Hər halda ölkə xaricində 2 rəsmi matça bir forvardın 3 qol, 1 asist sığdırması kiçik qığılcım sayıla bilməz.

İndi qalır bunu daha da alovlandırmaq. Stabil çıxış etmək, daha yaxşı çempionatların skautlarının diqqətini çəkməklə. Gözləyək…

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı