Ramil Şeydayev oynadı, komandası 1 qolla qalib gəldi

27 Avqust 2023 02:10 Bizimkilər 528
Ramil Şeydayev oynadı, komandası 1 qolla qalib gəldi

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand çempionatında 3-cü tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda səfərdə “Sukhothai" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Şeydayev start heyətində meydana çıxıb və 90 dəqiqə oynayıb.

“Sukhothai" - “Buriram Yunayted” 0:1

Qol: Çayded, 62

“Buriram Yunayted” hazırda 7 xalla 2-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti