Türkiyənin 3 klubu Azərbaycan millisinin hücumçusuna elçi düşdü

26 Avqust 2023 23:20 Bizimkilər 3 914
Türkiyənin 3 klubu Azərbaycan millisinin hücumçusuna elçi düşdü

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyə Superliqasında çıxış edə bilər.

Sportinfo.az-ın yerli “Telgraf” nəşrinə istinadən məlumatına görə, “Qrasshopper”in 24 yaşlı hücumçusu 3 klubdan təklif alıb.

Bunlar “Qaziantep”, “Sivasspor” və “Konyaspor”dur. İlk iki komanda hətta “Qrasshopper”lə danışığa da başlayıb.

Onlar transfer dönəminin son gününə qədər keçidi həll etmək niyyətindədirlər.

Renat Dadaşovun “Qrasshopper”lə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti