Laçının Zabux kəndinə ilk köçdən VİDEO+FOTOLAR

26 Avqust 2023 12:50 Bizimkilər 724
Laçının Zabux kəndinə ilk köçdən VİDEO+FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə ilk köç karvanı yola salınıb.

Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşən köç karvanına Bərdədən, Şirvandan və Mingəçevirdən Zabuxa qayıdan ailələr qoşulub.

İlk mərhələdə kəndə 20 ailə - 88 nəfər köçürülür. Onların arasında I Qarabağ müharibəsi şəhidinin ailəsi də var.

İindiyədək Laçın rayonunda 254 ailənin, yəni 992 nəfərin daimi məskunlaşması təmin edilib.








Digər Xəbərlər
Xəbər Lenti