Musa Qurbanlının əmisi: "O, İsveçdə çoxlu qol vuracaq"

24 Avqust 2023 16:00 Bizimkilər 869
Musa Qurbanlının əmisi: "O, İsveçdə çoxlu qol vuracaq"

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" İsveç kubokunda qələbə qazanıb.

Qurbanlının komandası "Sandviken"lə üz-üzə gəlib. Matç "Yurqorden"in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləcə, Musanın komandası növbəti mərhələyə vəsiqə qazanıb. Meydana start heyətində çıxan 22 yaşlı forvard 12-ci dəqiqədə komandasının ikinci qoluna imza atıb, 45-ci dəqiqədə isə penalti qazandırıb.

Musa Qurbanov Sportinfo.az-a açıqlamasında bildirib ki, adını daşıyan qardaşı oğlunun İsveçdə tez-tez fərqlənəcəyinə şübhəsi yoxdur:

"Onun potensialına bələdəm. Çalışqan və getdiyi yerə öyrəşməyə çətinlik çəkməyən xarakteri var.

Bilirsiz ki, o, «Yurqorden»ə gec qoşuldu. Üstəlik, viza probleminə görə komandayla oyunlara bir qədər gec çıxdı.

İstər-istəməz, hara gedirsən get, sənə bir az vaxt lazımdır ki, komandanın oyun üslubuna öyrəşəsən.

Musa ötən mövsüm Azərbaycanda 20-dən çox qol vurub. Bunlar təsadüfən olmayıb.

Musa «Yurqorden»də də sübut edəcək ki, o, İsveçə elə-belə gəlməyib. Əsas odur ki, klubun rəhbərliyi və məşqçiləri ona inanır və dəstəkləyir.

Bu güvəni onlarda görməsəydik, sözsüz ki, «Yurqorden»in deyil, təklif göndərən digər klubların təkliflərini dəyərləndirərdik.

Musa artıq İsveçə öyrəşib. Komanda yoldaşlarını daha yaxından tanımağa başlayıb.

Dəqiq deyə bilmərəm ki, bu mövsüm orada neçə qol vuracaq. Əminəm ki, onların sayı çox olacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı