Azərbaycan millisinin hhücumçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün İsveç kubokunda seçmə mərhələ oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda 2-ci mərhələdə 1-ci divizionun lideri "Sandvikens"lə qarşılaşıb.
Matç "Yurqorden"in 5:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Yurqorden" növbəti mərhələyə adlayıb. Komanda bundan sonra kubokda mübarizəni qrup mərhələsində davam etdirəcək.
M.Qurbanlı sözügedən görüşdə meydana start heyətində çıxıb. O, 12-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub. Bu, Musanın İsveç klubunda ilk qoludur.
Sandvikens" - "Yurqorden" - 1:5
Qollar: Milleskoq, 10 (0:1), Musa Qurbanlı, 12 (0:2), İgbarumah, 31 (1:2), Danielson, 45-pen. (1:3),Milleskorq, 66 (1:4), Haris Radetinaç, 90 (1:5)

