Hikmət Hacıyev: “Qarabağdakı ermənilər separatizmə can atırlar”

23 Avqust 2023 20:30 Bizimkilər 787
Hikmət Hacıyev: “Qarabağdakı ermənilər separatizmə can atırlar”

“Laçın yolu açıqdır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico” nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan yardımın yalnız Laçın yolu ilə deyil, eləcə də Ağdam şəhəri vasitəsilə çatdırılmasını istəyir. O, Ağdam yolunun daha rahat və daha az xərc tələb etdiyini vurğulayıb.

Bununla yanaşı, ermənilərin niyə Ağdam yolundan istifadə etməkdən imtina etmələri barədə danışan Hikmət Hacıyev bildirib:

“Çünki onlar reinteqrasiyaya can atmırlar, onlar separatizm və irredentizmə can atırlar və Azərbaycan ərazisində özlərinin qanunsuz marionet rejimini saxlamaq istəyirlər”.

Digər Xəbərlər
Xəbər Lenti