UEFA AFFA-nın vacib fiqurunu Şotlandiyaya göndərir

23 Avqust 2023 03:30 Bizimkilər 755
UEFA AFFA-nın vacib fiqurunu Şotlandiyaya göndərir

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA tərəfindən növbəti təyinat alıb.

Sportinfo.az AFFA-ya istinadən xəbər verir ki, Şimşek Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində avqustun 24-də keçiriləcək "Harts" (Şotlandiya) - PAOK (Yunanıstan) matçında hakim-inspektor kimi işləyəcək.

Şotlandiyada keçiriləcək qarşılaşma 22:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti