“Ramil Şeydayev hələ Tailanda uyğunlaşmayıb” - Yeni baş məşqçisi

21 Avqust 2023 13:40 Bizimkilər 1 123
“Ramil Şeydayev hələ Tailanda uyğunlaşmayıb” - Yeni baş məşqçisi

“Ramil Şeydayev Tailanda hələ uyğunlaşmayıb”.

Sportinfo.az xəbər verir ki, bunu Tailandın “Buriram Yunayted” klubunun baş məşqçisi Artur Papas Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev barədə danışarkən deyib.

O, ölkə çempionatının II turunda “Lampun Uorrior” ilə görüşdə qol vuran hücumçunun çıxışından razılığını bildirib:

“Ramil Şeydayev və Nikolau Kardoso iki aydır Tailanddadırlar. Ancaq “Lampun Uorrior” ilə matçda yaxşı çıxış etdilər.

Təkcə onlar yox, bütün komanda öz işini mükəmməl şəkildə yerinə yetirdi”.

Ramil Şeydayev “Buriram Yunayted”in 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 6-cı dəqiqəsində hesabı açıb.

Digər Xəbərlər
Xəbər Lenti