Ramil Şeydayev Tayland çempionatında qol hesabını açdı - VİDEO

20 Avqust 2023 22:40 Bizimkilər 1 274
Ramil Şeydayev Tayland çempionatında qol hesabını açdı - VİDEO

Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev çıxış etdiyi “Buriram Yunayted” klubunda fərqlənib.

Sportinfo.az xəbər verir ki, o, Tayland çempionatının II turunda “Lampun Uorrior”la görüşdə ilk qolunu vurub.

Forvard matçın 6-cı dəqiqəsində rəqib qapısına yol tapıb.

Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti