Mahir Emreli: "Mənim üçün burada oynamaqdan əla heç nə ola bilməz"

20 Avqust 2023 20:20 Bizimkilər 1 992
Mahir Emreli: "Mənim üçün burada oynamaqdan əla heç nə ola bilməz"

"Başqaları - azarkeşlər, media sənin haqqında müsbət fikir bildirə bilər, amma əsas baş məşqçinin düşüncələridir".

Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin hücumçusu Mahir Emreli dilə gətirib.

İlin əvvəlində icarə əsasında Türkiyə "Konyaspor"una keçməsinə toxunan forvard bu məsələdə "Dinamo"nun sabiq baş məşqçisi Ante Çaçinin rolu olduğunu gizlətməyib:

"Həmin vaxt Çaçinin planlarına daxil olmadığım üçün icarə əsasında hansısa komandaya getməyə qərar verdim. Çünki oyun praktikası hər bir futbolçu üçün önəmlidir".

Emreli Çaçinin qərarına görə narahat olmadığını vurğulayıb:

"Futbolçu həyatı belədir. Təbii ki, məqsədim "Dinamo"da qalıb rəqabət aparmaq idi.

Bu klubun necə iddialı olduğunu bilirəm. Mənim üçün "Dinamo"da oynamaqdan əla heç nə ola bilməz.

Amma ön planda olmayanda özünə baxmalı və ən yaxşı həll yolu axtarmalısan. Hər halda artıq həmin dövr geridə qaldı.

Yeni baş məşqçimiz və özümü sübut etmək üçün yeni şansım var. Məni bu kluba gətirən insanların etimadını doğrultmaq üçün hər şeyi edəcəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı