“Sirr deyil ki, bir çox başqa klubdan da mənə maraq var idi“.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ“ın sabiq hücumçusu Musa Qurbanlıya aiddir.
İyunda İsveçə yollanan millimizin 22 yaşlı üzvü "Yurqorden"ə keçməzdən əvvəl başqa klublardan da təkliflər aldığını deyib:
“Yurqorden"i seçməyimin səbəbi odur ki, mənə dərhal ciddi münasibət və böyük maraq hiss etdim.
Məşqçilər, Bosse və görüşdüyüm klubun bütün nümayəndələri açıq və dürüst idilər ki, məni burada - "Yurqorden"də görmək istəyirlər.
Digər klubların heç biri "Yurqorden" kimi inamlı əzmkarlıq göstərmədi. Sonda bu, mənim üçün vacib amilə çevrildi”.

