Prezidentin köməkçisi: “"Fransada Azərbaycana qarşı təbliğat davam edir” - FOTO

19 Avqust 2023 13:50 Bizimkilər 703
Prezidentin köməkçisi: “"Fransada Azərbaycana qarşı təbliğat davam edir” - FOTO

“Fransada Azərbaycan əleyhinə təbliğat davam edir”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” (tviter) hesabında paylaşım edib.

Onun sözlərinə görə, “France 24” tərəfindən dərc edilən məqalədə 2020-ci ildə “Frans Press” agentliyi tərəfindən çəkilən və Azərbaycan xalqının ağrı-acılarını əks etdirən foto erməniləşdirilib və ermənilərə məxsus olduğu iddia edilib: “Bu, təbliğatın iyrənc formasıdır, obyektivlikdən və jurnalistika etikasından uzaqdır”.

Digər Xəbərlər
Xəbər Lenti