Hikmət Hacıyev: “Bu, barışıq üçün mühümdür, amma Ermənistan gizlədir”

19 Avqust 2023 12:30 Bizimkilər 642
Hikmət Hacıyev: “Bu, barışıq üçün mühümdür, amma Ermənistan gizlədir”

“İtkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi müharibədən sonrakı barışıq prosesinin vacib hissəsidir.

Lakin Ermənistan bu faktları gizlətməyə, inkar etməyə davam edir”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” (tviter) hesabında paylaşım edib.

Onun sözlərinə görə, Ermənistan indiyə qədər Birinci Qarabağ müharibəsi zamanı erməni əsir düşərgələrində 4000 azərbaycanlının işgəncələrə, qeyri-insani rəftara məruz qalaraq öldürüldüyü kütləvi məzarlıqların geolokasiyasını təqdim etməkdən imtina edir:

“Kütləvi məzarlıqlarda qalıqları aşkar olunan 15 itkin düşmüş şəxslərdən biri Gülverdi Hüseynovun qızları 30 ildən sonra atalarının məzarlığına qovuşmaqdan çox məmnundurlar”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı