"Müzakirələr kimin real sülh istədiyini göstərdi” - Prezidentin köməkçisi

18 Avqust 2023 14:10 Bizimkilər 778
"Müzakirələr kimin real sülh istədiyini göstərdi” - Prezidentin köməkçisi

"BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələr kimin suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında real və davamlı sülh istədiyini, kimin isə revanşla bağlı boş ümidlərlə zaman qazanmaq üçün “humanitar fəlakət” tamaşaları oynamağa davam etdiyini bir daha göstərdi”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “X” (tviter) hesabındakı paylaşımda qeyd edib.

Onun sözlərinə görə, dünya ictimaiyyətinin yekdil fikri ondan ibarətdir ki, artıq tamaşalardan Azərbaycan və Ermənistan arasında uzunmüddətli davamlı sülhün konkret detallarının müzakirəsinə keçid etmək vaxtıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı