İlkin Fikrətoğlu - “Qarabağ”ın “Şah”indan naxələf Mikelsə, çarəsiz Mutuya kimi…

17 Avqust 2023 18:00 Bizimkilər 2 149
İlkin Fikrətoğlu - “Qarabağ”ın “Şah”indan naxələf Mikelsə, çarəsiz Mutuya kimi…

UEFA-nın indiydək görünməmiş qərarı nəticəsində 10 avqustda Bakıda 3 saat civarında 3 avrokubok matçının həyəcanı yaşandı.

Sadiq klub fanatları öz yerində idi, avrokuboklarda klublara fərq qoymadan Azərbaycan futboluna azarkeşlik edənlər isə suallar qarşısında qalmışdı: psixoloji gərginlik icində olan “Qarabağ”amı dəstək olsunlar, “Beşiktaş”ımı görməyə getsinlər, yoxsa Murad Musayevin “Partizan”lara qarşı savaşına baxsınlar?

Bəlkə də elə buna görə idi ki, avrokubok matçlarında həmişə dolan Respublika Stadionunda bu dəfə 5 mindən artıq yer boş qalmışdı.

Əsl “Qarabağ” fanatları isə tribunda idi və onların sevimli komandası tərəfdarlarını qələbə ilə sevindirdi. Hərçənd bu, heç də asan başa gəlmədi.

Marko Yankoviçin 4-cü dəqiqədəki qolu sayılsaydı, bəlkə də HİK Bakıda darmadağın olunacaqdı. Amma “Qarabağ” kimi Çempionlar Liqasından Avropa Liqasına düşən Finlandiya çempionu gözləniləndən daha möhkəm komanda çıxdı.

Bu oyun həm də “Qarabağ” ötənilki komanda deyil” fikrində olanlara xeyli əsas verdi. Şimaldan gəlmiş finlər üçün Bakının cəhənnəm istisini də nəzərə alsaq, “Qarabağ” meydanda çox fərq yaratmalı idi.

Amma elə böyük fərq olmadı. Qapıçıların duelində bu dəfə səhv etmək növbəsi rəqibimizdə idi.

55-ci dəqiqədə Yesse Ost Leandro Andradenin dəf edə biləcəyi zərbəsi qarşısında aciz qaldı. Bizim qapıçı isə bu oyunda ən yaxşılardan idi.

Peşəkar idman belədir, inciməyə, küsməyə dəyməz. Dünən zəif oynadın, tənqid olunacaqsan, bu gün möhtəşəmsən, alqışlanacaqsan.

Şahruddin möhtəşəm seyvləri ilə “Qarabağ”ı azı 3 real qoldan xilas etdi. Bu, dağıstanlı qolkiperin sanki “Rakuv”la oyundakı günahlarının yuyulması idi.

Şahruddin yaxşı qapıçıdır, əsas nöqsanı stabilliyinn olmamasıdır. Yəni, bu adam 4-5 oyun əla dayanar, sonra elə bir həlledici oyunda elə bir səhv edər ki, buraya qədər həm özünü, həm komandanın çəkdiyi əziyyəti yerı vurar.

Hansı ki, biz bunu bir necə mövsümdür görürük. Amma HİK-lə qarşılaşmadakı çıxışına görə Şahruddinə, sadəcə, bravo!

Son dəqiqələrdəki epizodları xatırlayın. Onun bu inamlı çıxışı sanki yoldaşlarına qol-qanad verdi və 85-cü dəqiqədə “Qarabağ”ın yay transferləri qələbə qolunu təşkil etdi.

Hamidu Keyta top rəqibdən alıb, Juninyoya verdi və braziliyalı forvard “Qarabağ”da ilk qolunu vurdu - 2:1.

Qələbəyə baxmayaraq, narahatlıq var. Avqusrun 17-də Helsinkidəki matç çox çətin olacaq. Ardıcıl 10-cu il qrup mərhələsində oynamaq üçün “Qarabağ” Finlandiyadan azı heç-heçə ilə dönməlidir.

HİK-i keçə bilməsək, növbəti mərhələdə Georgi Hacının “Farul”u – Ruminiya çempionu bizi hətta Konfrans Liqasının da qrupundan kənarda qoya bilər.

Ona görə də qrup məsələsi elə HİK-lə dueldə həll olunmalıdır.

Konfrans Liqasında bir komandamız da qrupda ola bilər. Bəlkə də tələsdik bunu deməyə.

Amma “Sabah”ın “Partizan”a qarşı oyunu gələcək üçün ümid verdi. Murad Musayevə , onun döyüşkən futbolçularına afərin!

Hətta oyuna 1 gün qalmış baş məşqçiyə yaxınıaşıb naxələfcəsinə “mən “Partizan”a qarşı oyanmayacam” deyən, xəyalları Ərəbistan çöllərində olan Coy Lens Mikelsin yoxluğunda belə, Musayev rəqibin qarşısına sanballı bir komanda çıxardı.

Bu, “Partizan”ın avrukoboklarda 300-cü. “Sabah”ın isə 3-cü oyunu idi.

“Partizan”da hər nə qədər maliyyə problemi yaransa da, büdcəsi “Sabah”dan azı 4 dəfə çoxdur. Və bu həmin “Partizan”dır ki, indiyədək heç bir Azərbaycan klubu onu məğlub edə bilməmişdi.

“İnter Bakı” heç-heç edib, sonra uduzub, “Neftçi” onlara qarşı keçirdiyi 4 matçın ikisində məğlub olub, 2-də heç heçə oynayıb.

Murad Musayev isə bu sindroma, büdcəyə, avrokubok təcrübəsinə baxmayaraq, “Partizan”ın dizini yerı qoydu. Əlbəttə, hələ tur keçilmıəyib.

Çılğın serb fanatlar cavab matçında “Sabah”a çox cətinlik yaşadacaq, Masazırın istisində başını itirmiş “Partizan”lar da Belqradda fərqli oynaycaq.

Amma Roman Qrqorçukun ovaxtkı “Qəbələ”sinə necə inanırdıqsa, 40 yaşlı Murad Oleqoviçə də elə inanırıq.

“Partizan”ı məhvb edən ilk Azərbaycan klubunun ardınca, avrokuboklarda keçirdiyi debüt mövsümündəcə 2 mərhələ keçən ilk komandamız kimi də “Sabah” tarixə düşə bilər.

Ötən həftə bizi kədərləndirən yalnız “Neftçi” oldu. Əslində, “Neftçi”dən başqa nəticə gözlənilmirdi də.

Yeni yığılan, hələ formalaşmamış heyətlə yazıq Mutu illərin “Beşiktaş”ının, Aubakaarın, Mulekanın, Gedson Fernandesin qarşısında nə edə bilərdi ki?

“Neftçi”dən gözlədiyimiz əzmkarıq, döyüşkənlik idi, onu da görmədik. “Beşiktaş” təzyiq göstərən kimi “neftçilər” çaş-baş qalırdı.

İlk qolda Abubakarın keçidi, ikinci qoda sanki məşq edirlərmiş kimi rahat paslaşmalar, üçüncü qolda da Koffinin “hədiyyə”si. Y

alnız 0:3-dən sonra İstanbulun “ağ-qaralar”ı Bakının “ağ-qaralar”ına oynamaq imkanı verdi və komandamız bundan istifadə edib, 1 qol vurdu.

“Neftçi” 3 il əvvəl Bakıda “Qalatasaray”a olduğu kimi, Tükiyənin digər nəhəngi “Beşiktaş”a da eyni hesabla uduzdu – 1:3.

Cavab matçında Adrian Mutunun komandasından möcüzə gözləmirəm. İstanbul səfərindən sonra “Neftçi” bütün diqqətini Azərbaycan çempionatına yönəldib, öz məqsədləri uğrunda vuruşa bilər.

Hələlik, yeni qurulan “Neftçi”nin nə məqşçisi, nə də rəhbərliyindən bu nəticələrə görə hesabat tələb edən yoxdur.

Mövsümün sonunda - gələn mayda danışarıq.

İLKİN FİKRƏTOĞLU

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı