"İnter"in bizimlə yoxlama görüşü keçirməsinin hər hansı xüsusi səbəbi yox idi.
Bir gün əvvəl "Roma" Albaniyanın digər təmsilçisi "Partizan"la sınaq matçı keçirmişdi.
Hər iki ölkə arasındakı yaxşı münasibətlər var. Ona görə də belə qarşılaşmalar çox olur".
Bu fikirləri Sportinfo.az-a açıqlamasında İtaliya "İnter"i ilə yoxlama görüşü keçirən "Eqnatiya"nın yarımmüdafiəçisi Vüsal İsgəndərli deyib.
Həmyerlimiz təlim-məşq toplanışı çərçivəsində Milanda baş tutan qarşılaşmanın son 15 dəqiqəsində meydanda olub.
İsgəndərli komandası hesabda 2:1 öndə olarkən, 75-ci dəqiqədə mübarizəyə qoşulub. Bundan sonra 3 qol vuran “İnter” 4:2 hesablı qələbə qazanıb.
Vüsal İsgəndərli “Eqnatiya”ya iyunda “Sumqayıt”dan keçib. Albaniya çempionatında 2023/2024 mövsümü avqustun 19-da start götürəcək.
O, matçla bağlı fikirlərini də bizimlə bölüşüb:
"Çox maraqlı oyun oldu. Gözəl atmosfer vardı. Çempionlar Liqasının finalçısına qarşı oynamaq fərqli hisslər idi.
Əlbəttə, könül daha çox oynamaq istərdi (gülür). Amma fərqli sistemdə oynadığımız üçün daha az şans qazandım.
İnşallah, növbəti oyunlarda daha çox oynamaq imkanı qazanıb, özümü daha yaxşı tərəfdən göstərəcəm".
XANOĞLAN

