Azərbaycanın U-17 və U-19 yığmasının sabiq üzvü, "Beşiktaş"dan "Şerif"ə keçən Berkay Vardar sosial şəbəkədə paylaşım edib.
Sportinfo.az xəbər verir ki, türkiyəli futbolçu Tiraspol klubuna keçidi haqda bunları yazıb:
"Böyük klubdan digər böyük kluba transfer olduğum üçün çox xoşbəxtəm. Tarixi nailiyyətlərlə dolu olan "Şerif" ailəsinin bir hissəsi olmaq mənim üçün şərəfdir.
Bu mövsüm həm liqada, həm də Avropada adımı uğur tablosuna yazmaq üçün əlimdən gələni edəcəm. İrəli "Şerif".
Berkay Vardar "Şerif"ə bir illik icarəyə verilib.
Gənc oyunçu 2021-ci ildə Azərbaycanın U-19 yığmasının heyətində 3 oyun keçirib. Bir il sonra isə Türkiyənin U-21 millisinə çağırılıb və 2 yoxlama matçında meydana çıxıb.


