Füzulililər uzun illərdən sonra doğma yurda qayıdır - FOTOLAR

21 Avqust 2023 15:30 Bizimkilər 1 328
Füzulililər uzun illərdən sonra doğma yurda qayıdır - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Avqustun 21-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə - 68 nəfər köçürülüb.

Köçürülən ailələr Füzuli şəhərində yeni tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 47 ailə, yəni 158 nəfərin daimi məskunlaşması təmin edilib.

AZƏRTAC-a istinadən köçdən fotoları təqdim edirik:






Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:50 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Deyir, hələ öyrənirik