![Azərbaycanlı Ermənistan yığmasının oyununa təyinat aldı](https://www.sportinfo.az/media/2023/08/14/39a6f444-46ab-378d-a4e1-4ba48ad8279d_850.jpg)
Azərbaycanlı hakim-inspektor Elçin Səmədli Ermənistanın futzal yığmasının oyununa təyinat alıb.
Sportinfo.az xəbər verir ki, o, futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçiriləcək Gürcüstan – Ermənistan matçında iş başında olacaq.
Beynəlxalq dərəcəli hakim-inspektor sentyabrın 15-də Tbilisidə baş tutacaq görüşdə referilərin işinə qiymət verəcək.